Bu məlhəm görmə qabiliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəyə müsbət təsir göstərir
Gürcüstanda yaşayan yaşlı bir qadın görmə qabiliyyətinin getdikcə zəiflədiyini müşahidə etdikdən sonra, özü öz dərdinə çarə etmək qərarına gəlib. O, əlinin altında olan şərab və pişikotu bitkisi ilə görmə qabiliyyətinin get-gedə zəifləməsinin qarşısını almaqdan əlavə, onu yaxşılaşdırmağı da bacarıb.
Medicina.az görmə qabiliyyətini tam bərpa edəcək həmin resepti təqdim edir:
Göz xəstəliklərinin, əsasən də qlaukomanın qarşısını almaq və görməni artırmaq üçün 50 qr dərman pişikotu bitkisinin toz halına salınmış köklərini 1 litr qırmızı şərabla qarışdırın. Qarışımı 15 gün boyunca qaranlıq və sərin yerdə saxlayın. Hər gün çalxalayın. Vaxtı bitən kimi isə süzün.
Pişikotulu hazır şərabı bitənə qədər gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 x/q miqdarında qəbul edin.
Bu dadlı dərman nevroz, stressi aradan qaldırır. O, sinir sisteminə yaxşı təsir edir. Hətta onun tətbiqindən sonra sidik qaçırma kimi problemlər də aradan qalxır.
Arzu
Medicina.az