Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcü milyonçu birdəfəyə necə 20 uşaq atası oldu? – Arvadı cəmi bir doğum edib

  • 2021.06.11 16:37
  • 3996 Baxış
Gürcü milyonçu birdəfəyə necə 20 uşaq atası oldu?  – Arvadı cəmi bir doğum edib


Gürcü milyonçu Qalip Özturk və rusiyalı arvadı Kristina Özturkun 30 uşağı var. Onlar ötən 4 ildə birdən-birə 20 uşağın sahibi olublar.

Kristina etiraf edir ki, o uşaqlardan cəmi birini təbii hamiləliklə özü doğub. Qalan uşaqlar surroqat analardan dünyaya gəlib.

Medicina.az xəbər verir ki, Batumidə yaşayan cütlüyün arzusu 100 uşaq sahibi olmaqdır.

Biznesmenin 30 övladından 10-u əvvəlki arvadı ilə nikahından olub və həmin uşaqların bioloji anası həmin qadındır.

İndi rusiyalı gənc qızla evil olan milyonçu bu arvadından 20 uşaq sahibidir.

Uşaqların çoxu Ukraynada süni mayalanma mərkəzində surroqat analardan doğulub.
Ukraynada xarici vətəndaşlar üçün belə tibbi xidmət var.

Bir uşağın surroqat anadan dünyaya gəlməsi 12-15 min dollara başa gəlir.

Cütlük uşaqlara müxtəlif millətlərin adlarından qoyub: Marina, Fatima, İzabella, Hüseyn, Artur və s.
Gənc ananın cəmi 23 yaşı var. Körpələrə 16 dayə xidmət edir.
Bu dəfəki uşaqların atalarına daha çox oxşadığı bildirilir.

Onların sözlərinə görə yaxın 1-2 ildə daha 20 uşaq dünyaya gətiriləcək. Artıq hazırlıqlar gedir.

Qeyd edək ki, bəzi ölkələrdə xüsusi mərkəzlərdə cütlüklər surroqat ana ilə övlad sifariş edə bilirlər.


Bu zaman uşaq ata və ananın yumurtahüceyrəsindən süni mayalanma ilə alınır və başqa qadının bətninə yerləşdirilir. Həmin qadın usağı qarnında daşıyıb, dünyaya gətirir və mərkəzə təhvil verir.
Daha sonra uşağın əsl ata anası körpəni evinə aparır.

Surroqat ana usağı kimin üçün dünyaya gətirdiyini bilmir, bu məxfidir. Ona bu xidmət üçün 6-8 min dollar arası pul ödənilir.


Çox zaman həyat yoldaşının birinin sağlamlığında problem olan, yaşı hamiləliyə uyğun olmayan və ya cütlüklərdən biri sonsuz olan gənc ailələr, eləcə də bir çox məşhur similar bu üsulla uşaq sahibi olur.