Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günvurmadan təcili yardıma müraciət edənlər çoxalır, istidən ölən var – Baş həkimdən hava xəbərdarlığı

  • 2018.06.29 15:50
  • 10052 Baxış
Günvurmadan təcili yardıma müraciət edənlər çoxalır, istidən ölən var –  Baş həkimdən hava xəbərdarlığı
Sinoptiklərin 3 iyula kimi anomal istilərin keçəcəyi barədə xəbərdarlığını hələ də ciddi qəbul etməyib, günorta saatlarında açıq hava və günəş altında qalan yaşlı və səhhəti zəif insanlar var. 


Təcili yardım və təxirəsalınmaz Mərkəzin baş həkiminin sözlərinə görə, günvurma və isti vurmadan təcili yardıma 20-dən artıq vətəndaş müraciət edib.

Medicina.az Haqqın.az-a istinadən bildirir ki, onlardan 2 nəfəri hospitəlizə olunub.  Bu gün səhər isə bir kişi metrodakı istiyə dözməyərək, ordaca keçinib. 


Həkimin sözlərinə görə, havanın temperaturu 36 dərəcədən yuxarı qalxdıqda orqanizm özü müdafiə reaksiyasını işə salır.  LAkin açıq havada, gün altında çox olduqda orqanizm çox isindiyindən, damarlar qəfil genişlənir, sonra su itkisinin qarşısını almaq üçün sürətlə yığılır. Bu da ürək-damar sistemini əlavə yük altında qoyur. Ona görə termotənzimləyici funksiyası zəif olan yaşlı və xəstə insanlar üçün anomal istilər təhlükəlidir. 


Su itkisi qanın qatılaşmasına səbəb olur və bu da baş ağrısı, ürəkbulanma, qusma, qulaqlarda küy, huşun itməsinə gətirib çıxarır. Günvurmadan letal sonluq nadir hallarda olur, lakin yanıq xəsarəti daha çox rast gəlinir və olduqca risklidir.  


R. Nağıyev gündüz 11-17:00 arası saatlarda açıq havada olmamağı, ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı, yüksək kalorili yeməklər yeməməyi və çoxlu maye qəbul etməyi məsləhət görür. 


Əgər yolda kiminsə halının pis olduğunu görsəniz, təcili yardım gələnə kimi həmin şəxsi kölgəyə çəkib uzatmalı, başını yuxarı saxlamaq lazımdır. Üzünə soyuq su vurmalı, alnına buz cə ya soyuq su qoymalı, içməyə su verilməlidir. Uşaqlarda isə soyuq suda isladılmış dəsmalı qolaltı və dizlərin altına qoymaq lazımdır.  Əgər insan huşunu itiribsə, nəbzi yoxlanmalı, ürək masajı və süni tənəffüs olunmalı, bütün bədənə soyuq su vurulmalıdır. 

 


Günvurmadan təcili yardıma müraciət edənlər çoxalır, istidən ölən var –  Baş həkimdən hava xəbərdarlığı