Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik? - HƏKİM MƏSLƏHƏTİ
Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik? - HƏKİM MƏSLƏHƏTİ
2019.06.27 09:33
5452 Baxış
Yay mövsümü ilə əlaqədar günvurma halları müşahidə olunur. Günün çox hissəsini çimərlikdə keçirmək, fasiləsız günəş altında fiziki işlə məşğul olmaq insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Günvurmada qorunmaq üçün nələrə diqqət yetirməliyik. Həkim məsələhətini nəzərinizə çatdırırıq. Medicina.az Xezerxeber.az-ın araşdırmasını təqdim edir.
Açıq havada işləyənlər, qızmar günəş altında istirahət edənlər günvurma təhlükəsi ilə üz-üzədir. Bu günlərdə insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməlidir sualı daha çox maraqlandırır.
Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri adıçəkilən kateqoriyalara yox, həm də tamamilə sağlam insalara da aiddir..
Həkim Samirə Məmmədova bildirir ki, günvurma nəticəsində insansəhhətində ciddi problemlər yarana bilər.
Neqativ hallarla rastlaşmamaq günəş şualarından qorunmaq tövsiyyə olunur.