Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günvurmadan özümüzü necə qoruyaq? - MƏSLƏHƏTLƏR

  • 2021.06.29 18:15
  • 1573 Baxış
Günvurmadan özümüzü necə qoruyaq? -  MƏSLƏHƏTLƏR
Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları çoxalıb. İsti hava şəraiti səbəbindən insanların hərarəti 38-39 dərəcəyə qalxır.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev son zamanlar günvurma hallarının artması haqda danışarkən deyib.

O bildirib ki, günvurma halları əsasən, insanlar gün altında 20 dəqiqədən çox gəzən zaman baş verir:

“Günvurma saat 13-17 arasında - açıq havada və yaxud çimərlikdə olarkən baş verir. Günvurmadan qorunmaq üçün baş nahiyyəsini örtülü saxlamaq lazımdır. Başın gün işığı ilə birbaşa təması olmamalıdır. Günlük, çətir, kepka yoxdursa, dəsmal və ya yaylıqla qorunmaq lazımdır. Gün ərzində 2-4 litr sadə su içilməlidir, çünki günvurma orqanizmdə susuzluq yaradır və qanı qatılaşdırır. Bu, ölümə gətirib çıxara bilər”.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, iyunun 22-29-da 19 nəfəri gün vurub.