Son günlər həm uşaqlar, həm də böyüklər arasında qızdırma, halsızlıq, qusma ilə müşahidə edilən xəstəlik yayılıb. Tez-tez sosial şəbəkələrdə bu barədə paylaşımlar görürük.
Medicina.az oxu.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev cavablandırıb.
Həkim günvurma ilə bağlı məsələyə də münasibət bildirib:
“Valideynlərin diqqətinə çatdırılır ki, səhər saat 11-ə qədər və saat 16:00-dan sonra uşaqların Günəş şüaları qəbul etmələri yaxşıdır. Digər saatlarda Günəş şüaları uşaqlara zərərlidir.
Günvurma simptomları - halsızlıq, güclü yuxuya meyillilik, ishal, qusma, hərarət və digər şikayətlər - varsa, diqqətli olsunlar. Uşaqları kölgəyə çəkib az-az su içirmək lazımdır. Yox, əgər əhval-ruhiyyəsində ciddi mənfiyə doğru dəyişiklik sezilərsə, huşu özündə olmayan vəziyyətdə olarsa, dərhal həkimə müraciət edilməlidir”.