Bir çox insanlar gündüz Gün işığı altında çox olduqda asqırmağa başlayır, burnu qıcıqlanır, gözü sulanır, bir sözlə, Gün mənə düşmür düşünür.
“Medicina” xəbər verir ki, Amerikanın Klivlend klinikasının alimləri bu unikal sindromunun adını açıqlayıb: ACHOO.
ACHOO – autosomno-dominant sindromdur. Planetin 17% -də bu sindrom rast gəlinir.
Buna günəş asqırması, foton refleks və fotosneziya deyirlər. Adətən, refleks qaranlıq sahədən çox işıqlıya keçid olanda işə düşür.
Günəşə baxanda asqırmaq hissinin yaranması isə üçlü sinirin fotostimulyasiyası səbəbindən olur.
Belə adamlar telefon və foaoaparat işığına qarşı da belə reaksiya verə bilir.
Bu sindrom müalicə olunmur.
Aygün Musayeva