Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəşdən yanan dərini necə sağaldaq?

  • 2023.07.31 13:06
  • 1083 Baxış
Günəşdən yanan dərini necə sağaldaq?
Günəşləndikdən sonra əmələ gələn dəri qabarmasını çoxlarımız normal hal hesab edirik. Bəzən isə hətta o dərini soyub, qoparmağa çalışırıq.


“Medicina” xəbər verir ki, dermatoloq Qriqoriy Qoldinin sözlərinə görə, günəş yanığını tam sağalmamışdan əvvəl soymağa başlasanız, bu, daha çox sağlamlıq problemlərinə səbəb ola bilər.


“Dərinin soyulması birinci və ikinci dərəcəli günəş yanıqları nəticəsində baş verə bilər. Günəş yanığı ilk növbədə günəşdən gələn ultrabənövşəyi radiasiya nəticəsində yaranan yanıq növüdür.


Birinci dərəcəli günəş yanıqları qırmızı və toxunuşda ağrılı ola bilər, ancaq dərinin ən xarici təbəqəsi olan epidermisə təsir edir. Bu günəş yanıqları intensiv qızarır, dəri şişir və qabarcıqlar əmələ gəlir.

Bu yanıqların hər ikisi zamanı dəri soyulmağa başlaya bilər, təxminən üç gün sonra baş verir və bu bədənin zədələnmiş hüceyrələrdən qurtulmağa çalışdığına işarədir.

Sağalma prosesində hətta aktiv aşındırmadan qaçınmalısınız. Ölü dərinin öz-özünə bədəninizdən çıxmasına icazə verin, onu sərinlədin və sakitləşdirici aloe vera geli ilə nəmləndirin. Aşınma ümumiyyətlə, yanıq sağaldıqda dayanır, yüngül və orta dərəcəli yanıqlar üçün təxminən yeddi gün çəkir.

Dərinizin tam sağalmasından əvvəl günəş yanıqlarının soyulması yalnız mikroblara məruz qaldığınız üçün sizi infeksiya riski ilə qarşı-qarşıya qoymur, həm də qeyri-bərabər dəri tonunun, çapıqların və ağrılı qabarcıqların yaranması ehtimalını artırır.

Bir çoxları günəş yanığının qaralmaya çevrildiyinə inansa da, əslində bu, tamam səhvdir”.

Aynur Məmmədova