Rusiyanın məşhur həkimi Yelena Malışeva Günəşdə baş verən partlayış və bu səbəbdən maqnit qasırğalarının orqanizmdə neqativ dəyişikliklər yaratdığını bildirib.
“Medicina” xəbər verir ki, çox insanlar bu partlayışlardan bir neçə gün sonra belə özlərini pis hiss edir.
“Əhvalda dəyişiklik partlayışdan 7 gün sonra hiss olunmağa başlayır, çünki dalğalar Yerə dərhal gəlib çatmır. Bu təsir daha çox ürək və beyin damarlarına təsir edərək, arzuolunmaz spazmlar yaradır.
Maqnit dalğaları əhvalı pisləşdirir, yorğunluğu artırır, depressiya yaradır.
Hətta maqnit sahəsi qan hüceyrələrində dəyişikliyə səbəb olur, onlar sürətlə bir-birinə yapışıb, tromblar əmələ gətirir. Nəticədə 90% hallarda bu günlərdə ürək tutmalarının sayı artır.
Bu günlərdə açıq havada olmamaq, ağır iş görməmək, çox maye içmək, dərmanları qaydasında içmək və qan laxtalanmasına yol verməmək lazımdır”.
Aygün Musayeva