Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəşdə 2 güclü partlayış

  • 2025.04.01 15:13
  • 184 Baxış
Günəşdə  2 güclü partlayış


Günəşdə yüksək güc sinfinə aid partlayış baş verib.

"Medicina" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Aprelin 1-də Bakı vaxtı ilə saat 10:46-da 4046 (N02E29) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M5.6 partlayışı qeydə alınıb".

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.