Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəş şüaları infarkt yaranmasına səbəb olur- Ehtiyatlı olun!

  • 2019.07.16 14:35
  • 4861 Baxış
Günəş şüaları infarkt yaranmasına səbəb olur-  Ehtiyatlı olun!

 

Bütün canlılar üçün həyat mənbəyi sayılan günəş şüaları insanı depressiyadan qoruyur. Mütəxəssislər həmçinin günəş şüalarının D vitamini qaynağı olmaqla yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığını da bildirirlər. Lakin bütün xeyirli cəhətləri ilə yanaşı xüsusən son dövrlər azon təbəqəsinin incəlməsi yer səthinə düşən radiasiyanın miqdarının normadan artıq olması günəşin insan səhhətinə neqativ təsirini artırır.
Qeyd edək ki, Yer kürəsinə A və B tipli ultrabənövşəyi şüalar düşür. B tipli şüalar insan dərisi üçün xeyirli olmaqla yanaşı dərinin rənginin dəyişməsinə də təsir göstərir. A tipli şüalar isə dərini qocaldır, qırışların, hətta bədxassəli şişlərin yaranmasına səbəb olur. Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədovanın dediyinə görə, günəşin digər bir zərərli təsiri isə allergiyalar şəklində özünü göstərir. Məsələn, kosmetik vasitələr, ətirlər, dəriyə çəkilən müxtəlif kremlər günəş şüaları ilə birləşərək həssas dərilərdə allergik reaksiyalar yaradır: "Günorta saatlarında günəş şüalarının təsiri çox güclü olur. Xüsusilə qan təzyiqi olanlarda arterial təzyiqin yüksəlməsinə, ürək-damar sistemi xəstəlikləri riskinin, məsələn, infarkt, stenokardiya kimi xəstəliklərin, xüsusilə dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur.
Səhər saat 7-dən 11-dək, axşam saat 4-dən sonra böyüklərin və xüsusən kiçik yaşlı uşaqların günəş şüaları altında olması daha çox məsləhətdir. Xüsusən ağ və zərif dərisi olanlar günəş şüalarına qarşı daha diqqətli olmalıdırlar. Belə ki, həmin dəri tipi günəşə qarşı daha həssas olur. Onların günəş altında çox dayanmaması və bol maye qəbul etməsi lazımdır”.

 

(AZƏRTAC)