Uzun müddət günəşə məruz qalmaq təkcə dərinizə deyil, gözlərinizə də mənfi təsir edə bilər. Əsasən yay aylarında, qızmar günəş altında açıq havada çox vaxt keçirərkən günəş eynəkləri istifadə etmək vacib hesab edilir.
“Medicina” xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, uzun müddət günəşə məruz qalmanın dəri üçün nə qədər zərərli olduğunu hamımız bilirik.
“Ancaq bir çoxumuz SPF krem sürmədən çimərliyə getməyi və ya qızmar günəş altında uzanmağa qadağa qoysaq da, gözlərimizi qorumağı unuduruq. Bu da nəticədə gözlərdə yaranan problemlərə gətirib çıxardacaq.
Çünki günəş işığından gələn ultrabənövşəyi radiasiya gözlər üçün çox zərərli ola bilər, xüsusən də birbaşa ona eynəksiz baxdıqda.
Təəssüf ki, ultrabənövşəyi şüalara məruz qalma zamanla katarakta, görmə itkisi və hətta korluğa səbəb ola bilər. Bu, həmçinin göz ətrafındakı kövrək dərini qocaldır.
Xoşbəxtlikdən, günəş eynəklərinin gözləriniz üçün lazım olan müdafiəni təmin edə biləcək.
Digər əsas məqam günəşə birbaşa baxmamaqdır, çünki bu, buynuz qişanın günəş yanığından tutmuş tor qişanın daimi zədələnməsinə qədər müxtəlif problemlər yarada bilər.
Ən vacib məqam eynəklərin zərərli UV-A və UV-B şüalarından qorunma təmin etməsidir.
Günəşə məruz qalmanın göz ətrafındakı həssas dəriyə çox zərər verə biləcəyini nəzərə alsaq, həmin nahiyəyə xüsusi SPF krem çəkin.
Aynurə Məmmədova