Yayın qapımıza dayandığı, günəşin bütün comərdliyi ilə özünü göstərdiyi günlərdə ehtiyatlı olmaqda fayda var. Ultrabənövşəyi şüaların gözlərimizə vurduğu ziyan ağır nəticələr verə bilər
Medicina.az gözlərimizi qorumaq üçün qızıl qaydaları təqdim edir.
EYNƏK OLMADAN ÇÖLƏ ÇIXMAYIN!
Atmosfer zərərli şüaların böyük bir qismini özündə saxlasa da, günəş işığında gözə zərər verəcək dərəcədə ultra bənövşəyi və infraqırmızı şüaları var. Ozon təbəqəsi nazikləşdiyi üçün insan dərisinə və gözünə zərərli şüalar yer üzünə daha çox miqdarda çatır, bu da dəri və göz sağlamlığı üçün böyük təhlükəyə çevrilir. Bu zərərli şüalardan gözləri qorumaq üçün ideal bir gün eynəyi seçməyiniz məsləhət görülür. İdeal gün eynəklərinin şüşəsi UV və İR şüaları soraraq, onların gözə zərər verməsinin qarşısını alır. Günəşin zərərli şüaları gözlərdə katarakt kimi bir neçə xəstəliyə səbəb olur. Ümumilikdə görməyə mənfi təsir edir.
BULUDLU HAVADA DA EYNƏYİ ÇIXARTMAYIN!
Kölgədə və yaxud buludlu havada eynəyi çıxartmayın. Çünki hər hansı ağacın və yaxud çətirin altında olmaqla gözlərinizi şüalarda qorumuş olmuyacaqsınız. Şüaların böyük hissəsi buludların arasından da keçir. Xüsusi ilə günorta saatlarında ehtiyatlı olun!
LİNZA İSTİFADƏ EDƏNLƏR, EYNƏK TAXMAĞI UNUTMAYIN
Linza istifadəsi yay mövsümündə dava çox müşahidə edilir. Nə qədər düzgün bahalı linza markası istifadə etsəniz də günəş gözlüyündən istifadə mütləq olmalıdır.
GÖZLƏRİNIZİ OVUŞDURMAYIN!
Bahar və yay aylarında külək vasitəsi ilə ilə gözlərə yad maddələr daxil ola bilir. Ona görə də həm sulardan ,həm də yad cisimlərdən gözlərinizi qorumaq üçün eynək zəruridir. Gözlərinizi toz və yaxud başqa cisim daxil olsa, qətiyyən ovuşdurmayın, bol su ilə yuyun.
GÖRÜNÜŞƏ DEYİL, KEYFİYƏTƏ ÖNƏM VERİN!
Göz həkimləri xüsusi ilə bu mövzuda insanları diqqətli olmağa çağırır. Həm özünüzə, həm də uşaqlarınıza eynək alarkən keyfiyyətinə önəm verin. Uşaqların bir yaşından sonra günəş eynəyi istifadə etməsi gələcəyi üçün düzgün seçimdir. Eynək alarkən sertifikatını mütləq tələb edin. Həmçinin UV şüalarından qoruyucu təsir gücünə əmin olun.
MAKİAJLI OLA-OLA GÜNƏŞLƏNMƏYİN!
Göz makiajınız varsa günəşlənmək düzgün deyil. Həmçinin günəşdən qorunmaq üçün üzünüzə çəkdiyiniz kremi gözlərinizə yaxın məsafədə çəkməyin. Əgər bu halda günəşin altında qalsanız. Həmin krem əriyib gözlərinizin içinə təmas edəcək. Nəticədə isə xoş olamayan durumla qarşı-qarşıya qalacaqsınız; qaşıntı, qızartı, sulanma və.s
HOVUZA VƏ YAXUD DƏNİZƏ ÜZGÜÇÜ EYNƏYİ OLMADAN GIRMƏYİN!
Dənizə hovuza eynəksiz girməyin. Xüsusi ilə linza istifadə edirsinizsə bu halda dənizə və yaxud hovuza girmək olmaz. Çünki gözə müxtəlif infeksiya düşə bilər.
KONDİSİONERDƏN QORUNUN
Kondisionerlərin düzgün istifadə edilməməsi göz suyunun daha çox buxarlanmasına səbəb olur. Nəticədə də qaşıntı, batma, bulanıq görmə və göz quruluğuna səbəb olur. Kondisioner olan mühitdə çox olmayın. Pəncərələri açmağı unutmayın. Həmçinin kondisionerdən birbaşa məruz qalmaqdan qorunun.