Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəş şüaları gözdə buynuz qişanı zədələyir

  • 2023.05.10 16:53
  • 1224 Baxış
Günəş şüaları gözdə buynuz qişanı zədələyir

Günəş işığı gözlərdə katarakta və buynuz qişanın zədələnməsinə səbəb olur.

“Medicina” xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, gözlərin ultrabənövşəyi şüalardan qorunması çox vacibdir. Çünki günəşin ultrabənövşəyi şüaları gözün buynuz qişasına, linzalara və gözün digər hissələrinə zərər verə bilər.

“Müəyyən miqdarda günəş işığı faydalı olsa da, gözümüzdə ultrabənövşəyi radiasiyaya məruz qalma bəzi növ kataraktlara, günəş retinopatiyasına və ptergiyaya səbəb ola bilər.

Buynuz qişa gözün göz bəbəyini əhatə edən şəffaf hissəsidir və işığın daxil olmasını təmin edir. Buynuz qişanın ultrabənövşəyi şüaların dərəcəsindən asılı olaraq zədələnməsi,görmə problemlərinə gətirib çıxarır.

Gözün buynuz qişası zədələndikdə:

Gözlərinizdə ağrı
Qırmızı gözlər
Bulanıq görmə
Sulu gözlər

Gözlərində qum hissi
Şişmiş gözlər
Parlaq işığa həssaslıq
Baş ağrısı
Göz qapaqlarının ağrıması baş verə bilər.


Katarakta gözün linzalarında görmə qabiliyyətinə mane olan buludlu ləkələrdir. Ultrabənövşəyi radiasiyaya həddindən artıq məruz qalma kataraktaya səbəb ola və ya onu daha da pisləşdirə bilər.

Katarakta Əlamətləri:

Görmə qabiliyyətiniz bulanıq və ya buludludur

Zəif işıqda görmək çətinləşir

Rənglər solğun görünür.

Aynurə Məmmədova