Bitki yağları içərisində ən çox tələbat olan günəbaxan yağıdır.
"Medicina" xəbər verir ki, diyetoloq Mixail Qinzburq günəbaxan yağının faydası və zərərindən danışıb.
"Bu yağda iltihab əleyhinə təsir edən çoxlu yağ turşusu var. Bu ərzaq orqanizm üçün tam zərərsizdir, əgər insan onu gündə 1-2 çay qaşığından artıq istifadə etməsə.
Günəbaxanı çox istifadə etmək olmaz. Bu yağı həddən artıq tətbiq etdikdə orqanizmi zəiflədir, ürək-damar, hətta xərçəngə kimi səbəb olur.
Qida üçün ən yararlı yağ zeytun yağıdır, eləcə də arada kətan toxumu yağı.
Günəbaxan yağında qızartmalar da faydalı deyil".
Aygün Musayeva