Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəbaxan yağında heç nə qızartmayın – Həkim

  • 2023.11.21 19:01
  • 1425 Baxış
Günəbaxan yağında heç nə qızartmayın  – Həkim

Günəbaxan yağında qızartma bir çox təhlükəli xəstəliklər, o cümlədən demensiya və Alsheymer yaradır.

“Medicina” xəbər verir ki, həkim Mixail Qinzburq qarğıdalı və günəbaxan yağlarında faydalı Omeqa 3 yağ turşularının olduğunu bildirib.


“Amma bu yağ güclü qızdırılmaya məruz qaldıqda Omeqa itir, orqanizmdə iltihabi proseslər aktivləşir. Ona görə nə kartof, nə ət qarğıdalı yağında qızardılmamalıdır.

Belə qidaları yedikdə depressiya, demensiya yarana bilər.

Qızartmaq üçün yağ aldıqda onun tərkibində olein turşusunun çox olmasına diqqət yetirin: belə yağ qızartmaya daha uyğundur.

Ümumiyyətlə, çalışın qızartma yeməklər yeməyəsiz”.


Aygün