Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəbaxan halvasının faydası varmı?

  • 2024.01.29 15:53
  • 1582 Baxış
Günəbaxan halvasının  faydası varmı?


Sovet dövründən populyar olan günəbaxan tumlarından sıxılmış halva ən dadlı və faydalı şirniyyat əvəzi desert hesab olunur. İndi həmin dadı tapmasaq da günəbaxan halvası hələ də satışdadır, tələbat var.


“Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina bu halvanın yaşlı və ahıllar üçün xüsusilə faydalı olduğunu deyib.


“ Bir çox halva növləri – araxis, fındıq, küncüt, badam və s. lif tərkiblidir.
Halva beyin üçün təbii qlükoza mənbəyidir. Bu qida bağırsaq bakteriyalarını qidalandırır, mikrobiomu düzəldir ki, bu da bütün bədən və beyinə faydalıdır.


Halva A, E vitaminləri ilə zəngindir, onlar antioksidant təsir edir, qocalmanı ləngidir, ürək-damar xəstəliklərinin inkişafını tormozlayır.

Eləcə də halvada kremniy diş, sümük, dəri və oynaqlar üçün vacibdir.

Badam halvasında maqniy çoxdur. O da sümük -əzələ sistemi üçün faydalıdır, sinirləri sakitləşdirir, təzyiqi salır.

Kətan və küncüt halvasında Omeqa 3 çoxdur, o, damarları təmizləyir, iltihab əleyhinə təsir edir, ürəyi qüvvətləndirir.

Ona görə də halva yemək lazımdır, sadəcə insulin dirənci olanlar ehtiyatlı olsun”.


Aygün