Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günə hansı içki və qidalarla başlamaq lazımdır? – SİYAHI

  • 2024.07.12 13:13
  • 1159 Baxış
Günə hansı içki və qidalarla başlamaq lazımdır? –  SİYAHI
Tədqiqatçılar toksinləri aradan qaldırmağa, iltihabı azaltmağa kömək edən, həmçinin qaraciyər xəstəliklərinin inkişafının qarşısını alaraq nəticədə bütün orqanizmin fəaliyyətinə müsbət təsir göstərən qidaları müəyyən ediblər.

Medicina.az xəbər verir ki, səhər yeməyi zamanı qəhvə içmək vərdişinin bütün bu faydaları təmin etdiyi üzə çıxıb.

Alimlər buna hərhansı sağlamlıq problemi mane olmursa, səhərlər qəhvə içməyi məsləhət görüblər.

Qəhvə içmək siroz və qaraciyər xərçəngi riskinin aşağı olması ilə də əlaqəlidir.

"Bu içki hətta orqanında artıq problemlər yaranmış bir şəxsi belə qaraciyər xəstəliklərindən qoruya bilər", - deyə qeyd edilib.

Qəhvənin həm də iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu diqqətə çatdırılıb.

Qəhvəyə alternativ isə çaydır (həm qara, həm də yaşıl). Bu içkilərin tərkibindəki antioksidantlar oksidləşdirici stressi və piyləri azaldır.

Səhərlər qreypfrut və çuğundur şirəsi içmək də oxşar nəticələr verə bilər.

Səhər yeməyində üstünlük verilməli olan qidalara isə yağlı balıqlar, kələm, üzüm, qaragilə daxildir.


Aysel