Düzgün yuxu gündə ən az 7-8 saat olmalıdır. Gündə orta hesabla 7 saat yatmayan bir insan yuxunun fiziki və fizioloji fəaliyyətlərindən yetərincə faydalana bilməz.
Mütəxəssislər kifayət qədər yuxu üçün bəzi tövsiyələr veriblər:
- Yataq otağınızı yalnız yatmaq üçün istifadə etməlisiniz.
- Bu otaqda kompüter və ya televizor olmamalıdır.
- Yataqda yemək yemək və televizora baxmaq olmaz.
- Bu yer yayda isti, qışda çox soyuq olmamalıdır.
- Effektiv yuxu üçün gün işığından qorunan qaranlıq, sakit otaq lazımdır.
- Yatmazdan öncə ağır yemək qəbul edilməməlidir.
- Günortadan sonra qəhvə, çay və ya sərinləşdirici içkilər kimi kofeinli içkilər qəbul edilməməlidir.
- Gündüz yuxuları 20 dəqiqədən çox olmamalıdır.
- Yenə yuxu gigiyenası baxımından müəyyən bir ritual yaradıla bilər. Məsələn, gecə yatmazdan əvvəl isti duş qəbul edə, rahatlaşdırıcı musiqi dinləyə və ya kitab oxuya bilərsiniz.
Yuxusuzluqdan şikayət edənlər “gecələr yuxusuz idim, gündüzlər yatım” deməsinlər. Gündüz yuxusu alınacaqsa, 20 dəqiqədən çox olmamalıdır.
Bütün bunlara baxmayaraq hələ də yuxusuzluq yaşayanlar həkimə müraciət etməlidir.
Aygün
Medicina.az