Müsəlmanların saxladığı oruc kimi gün çıxmazdan gün batana kimi ac qalmaq insanda şəkərli diabet yaranması riskini azaldır. Bunu Texas Tibb Kollecinin alimləri bildirib.
Medicina.az xəbər verir ki, onlar 14 sağlan insan üzərində tədqiqat aparıblar. Bu insanlar 30 gün ərzində sutkada 15 saat qida və sudan uzaq durub. Onlardan bir orucdan əvvəl, bir ortada, bir də bitdikdən sonra qan analizi götürülmüşdü.
Nəticələrdə qanda tropomiozin zülalının səviyyəsinin artması görünüb. Bu zülal hüceyrələrin insulinə həssaslığında vacib rol oynayır, qan plazmasında qlükozanın effektiv istifadəsi üçün əhəmyyətlidir.
Deməli, oruc tutduqda piylənmə, metobolik sindrom,diabet və qaraciyər xəstəliklərinin inkişafının qarşısı alınır.
Ona görə məhz bu cür acqalma- gün başlayandan gün batana kimi ildə bir neçə dəfə ac qalmaq bu risk altında olan insanlar üçün müalicəvi və profilaktik əhəmiyyətlidir.