Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir - Həkim

  • 2022.11.02 21:41
  • 1492 Baxış
Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir  - Həkim

Hər gün dünyada və ölkədə baş verən xəbərləri izləmək insan psixikası üçün təhlükəlidir.

"Medicina" xəbər verir ki, psixiatr Aleksandr Fedoroviç bunun insanda psixi pozuntular yaratdığını deyib.

Həvəslə xəbərlərə oxuyan, dünyada baş verənlərə maraq göstərənlərdə panik atak, təşviş pozuntusu, iştah azalması, yuxusuzluq, depressiya baş verir. Onlar həyatdan qorxur, güvənmir və bütün bunların səbəbkarının xəbərlər olduğunu da anlamır.

İnsanlar bilməlidir ki, onlar üçün birinci yerdə öz şəxsi həyatları gəlməli, sonra siyasi, iqtisadi, dünyada baş verənlər.
Bəzən insanlar problemin səbəbini bilir, amma yenə də bu vərdişini tərgidə bilmir.

Kütləvi informasiya vasitələri, sosial şəbəkələr həyat keyfiyyətini azaldır, apatiyaya səbəb olur, insanın əhvalı düşür.
Nəticədə sonda ağırlaşmalarla həkim psixiatra gəlir.


Aygün Musayeva