Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündəlik su tələbatınızı belə hesablayın – QAYDA

  • 2023.08.11 16:41
  • 2442 Baxış
Gündəlik su tələbatınızı belə hesablayın  – QAYDA
Nəinki isti havalarda, hava şəraitindən aslı olmayaraq, orqanizmi bütün aylarda susuz saxlamaq olmaz. Hətta sırf maye qəbuluna fokuslanmış pəhriz növləri də var. Xüsusən suyun qəbulu bədən üçün ən önəmli amillərdən biridir.


“Medicina” xəbər verir ki, türk qidalanma və pəhriz mütəxəssisi Çisem Gündüz maye qəbulu ilə bağlı bir çox doğru bilinən yanlışlardan danışıb. Yalnız susayan zaman su içmək lazımdır və ya hər kəs gündəlik 2 litr su içməlidir kimi fikirlər absurddur.


“Su içmək üçün susamağa ehtiyac yoxdur. Hər kiloqram üçün 30 mililitr su içmək lazımdır. Yəni çəkisi 60 kiloqram olan insan gündə 1,8 litr su içməlidir.”


Suyun həyat olduğunu və bədənimizin təxminən 55-60%-nin su olduğunu xatırladan dietoloq qeyd edib ki, su bədənimizin optimal sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Yetkin bir insan gün ərzində böyrəklər, həzm və tənəffüs sistemləri səbəbindən 2-2.5 l su itirir.

Gündəlik hər kəs standart olaraq 2 və ya 2.5 l su içmək əvəzinə öz bədən çəkisinə uyğun su qəbul etməlidir. Hesablama üçün çəkimizi 30 ml-ə vurub alınan cavab qədər su içməliyik. Məsələn, 60 kiloqramlıq bir qadının gündəlik su tələbatı 1 litr 800 millimetr olaraq hesablanır. Ancaq gün ərzində qəbul etdiyiniz qida və içkilər və ya idman kimi amillər bu hesablamanın dəyişməsinə səbəb ola bilər.

Xanım