Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündəlik peyvənd test sayından 5-6 dəfə çox olmalıdır - Həkim

  • 2021.04.22 16:02
  • 1309 Baxış
Gündəlik peyvənd test sayından 5-6 dəfə çox olmalıdır  - Həkim

“Azərbaycanda gündəlik peyvənd olunanların sayı koronavirus testlərinin sayından 4-5 dəfə yüksək olarsa, yəni gündəlik 50-60 min nəfərə peyvənd vurulsa, virusun öhdəsindən gəlmək mümkün olar”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

Vətəndaşların peyvənd olunmaqda maraqlı olmadığını bildirən həkim qeyd edib ki, əhali nə qədər tez peyvəndlənərsə, karantin də bir o qədər tez yumşaldılar.