Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündəlik kalori ehtiyacınızın bu qədərini şəkərdən alırsınızsa... – XƏBƏRDARLIQ

  • 2024.07.24 14:22
  • 1028 Baxış
Gündəlik kalori ehtiyacınızın bu qədərini şəkərdən alırsınızsa... –  XƏBƏRDARLIQ
Gündəlik ümumi kalorinin 13%-dən çoxunu şəkərdən almaq ürək-damar xəstəliklərindən ölüm riskini 39% artırır.

Medicina.az xəbər verir ki, bunu Şimali Dakota Universitetinin qidalanma və dietetika üzrə dosenti Nataniel Conson “The Conversation”a bildirib.

Həkim izah edib ki, karbohidratlarla zəngin qidaların (taxıllar, qazlı içkilər, qənnadı məmulatları, fast-food və s.) istehlakı qanda lipid səviyyəsinin, aclığın və insulin istehsalının artmasına səbəb olur. Bütün bu amillər ürək xəstəliyinin və 2-ci diabetin inkişafına gətirib çıxarır.

Dietoloqun sözlərinə görə, yüksək qan şəkəri (diabet və ya prediabet) təzyiqi artırır. O, həmçinin şəkərlərdən əmələ gələn molekullar olan qabaqcıl qlikasiya son məhsullarının formalaşmasını gücləndirir. Qabaqcıl qlikasiyanın son məhsulları qan damarlarını sərtləşdirə və bədəndə iltihabı artıraraq ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Consona görə, 2000 kalorili pəhrizdə işlənmiş qidalardan (bunlara meyvə, tərəvəz, giləmeyvə və süd daxil deyil) istehlak edilən əlavə şəkərin gündəlik miqdarı 65 qramı keçməməlidir. Ümumiyyətlə, bədəninizin əlavə şəkərdən qəbul etdiyi gündəlik kalorilərin nisbəti 13%-dən aşağı olmalıdır.

Mütəxəssis bu həddi keçənlərdə ürək-damar xəstəliklərindən ölüm riskinin artacağı barədə xəbərdarlıq edib.


Aysel