ABŞ universitetinin alimləri təsdiq edire ki, fiziki aktivlik və çox gəzmək sonsuzluğun effektiv müalicələrindən biridir.
Əgər qadın gündəlik müntəzəm olaraq 15 dəqiqə belə orta sürətlə yürüyüş etsə, döllənmə şansı 45 faiz artır.
Medicina.az məlumat verir ki, araşdırmada 1200 qadın iştirak edib. Onların hamısı hamilə qalmaqda çətinlik çəkirdi. Müşahidələr 6 menstrual tsikl boyu aparıldı.
Bir qrup qadın həftədə 4 saat intensiv olaraq məşq etmiş, gündəlik yürüşə əməl etmişdilər. Bu qadınlar digər az aktiv qadın qrupuna nisbətdə 65% daha tez hamilə qaldılar.
Xüsusən artıq çəkili, kök qadınlarda nəticə gözlənilməz oldu. Onlar gündəlik 15 dəqiqəlik yürüyüş etməklə 82% daha tez hamilə qaldılar.
Ekspertlər artıq çəkili qadınlara bu metoddan istifadə etməyi tövsiyyə edir. Hələ ki, bu möcüzənin səbəbi bilinmir. Amma gəzintinin reproduktiv sistemə müsbət təsir etdiyi sübut olundu.