Aparılan araşdırmalara görə, hər 13 dəqiqədən bir, gündə təxminən 78 dəfə telefon ekranına baxırıq. Lakin telefondan bu qədər asılı olmağın hansı xəstəliklər yaratdığından xəbərsizik.
Medicina.az xəbər verir ki, mütəxəssislər bununla bağlı həyəcan təbili çalırlar. Onlar bunun uşağın zehni inkişafına mənfi təsir göstərdiyini və psixoloji xəstəliklər yarada biləcəyini vurğulayıblar.
Psixoloqlar bununla həmçinin insanların münasibətlərinin zədələndiyini, psixoloji geriləmə yarandığını bildiriblər.
Bu barədə mütəxəssislər valideynlərə səsləniblər:
"Artıq insanlar üz-üzə danışmaq əvəzinə sosial şəbəkələrdə danışmağı üstün tuturlar.
13 yaşından kiçik uşaqlara telefon alınmamalıdır. Telefondan istifadə uşaq-valideyn arasında münasibətlərin pozulmasına şərait, zehinlərində geriləmə yaradır”.