Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə neçə qram içki insulta səbəb olur?

  • 2022.11.02 15:38
  • 1733 Baxış
Gündə neçə qram içki insulta səbəb olur?

Gündəlik alkoqolun insulta səbəb olacaq dozası açıqlanıb.

"Medicina" xəbər verir ki, İrlandiya universitetinin alimləri içki içənlərin insult riski daşıdığını sübut edib.

Onlar hansı miqdarda içkinin beyin insultuna səbəb olduğunu hesablayıb.

Alimlər bildirir ki, içki içənlərin içməyənlərə nisbətdə 14% daha çox insult olur.

"Gün ərzində 5 doza alkoqol, işemik insult riskini 29%, hemorragik insult riskini isə 76% artırır.
Əgər bir ay ərzində bu doza qəbul olunsa, insult daha da artır.

5 pors alkoqol 5 qədəh spirtli içki deməkdir. Bu yarım şüşə şərab və ya 2 litr pivə deməkdir.

Bu dozalar beyin üçün olduqca təhlükəlidir.

Aygün Musayeva