Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə neçə ədəd mandarin yemək təhlükəlidir? - Uşaqlara olarmı?

  • 2022.12.26 18:24
  • 4194 Baxış
Gündə neçə ədəd mandarin yemək təhlükəlidir?  - Uşaqlara olarmı?

Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.

Bakupost.az xəbər verir ki, terapevt həkim Timur Asanov orqanizmə zərərli olan sayını açıqlayıb.

“Təhlükəsiz norma – sutkada 4-5 ədəddir.

Hamısını birdəfəyə yox, hər dəfə 1-2 ədəd yeyilə bilər.

Narıngi nə qədər şirəlidirsə, o qədər onda fruktoza var və qlikemik indeksi yüksəkdir. İnsulin dirənci olan və diabet xəstələrinə narıngi ümumiyyətlə olmaz.

Narıngini çox yedikdə sintez olunan insulin piylərin parçalanma prosesini pozacaq, çəki artımına səbəb olacaq.
Narıngi çəki atmağa kömək edəcək dietik meyvə deyil.

Eləcə də turşməzə narıngilər qastrit, kolit, xora, mədəaltı vəz, öz kisəsi problemləri olanlara olmaz. Narıngi lifləri qəbizlik də yaradır.

Pediatrlar tövsiyə edir ki, 1 yaşa qədər uşaqlara narıngi verilməsin. Allergik reaksiya və köp verir”.

Aygün Musayeva