Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə neçə banka enerji içkisi içmək olar?

  • 2023.07.12 12:24
  • 2020 Baxış
Gündə neçə banka enerji içkisi içmək olar?
Bu gün elə bir gənc, kişi tapılmaz ki, əlində su əvəzi enerji içkisi olmasın. 5 il əvvəl bu içkilərlə bağlı vəziyyət başqa idi.

















Təbii ki, mütəxəssislər enerji içkilərinin orqanizmimizə necə təsir etdiyi ilə bağlı çoxlu araşdırmalar aparıblar. İstənilən halda bir insanın bu içkidən gündəlik istifadəsi normal hal deyil. Amma bu hər kəsə şamil edilməməlidir.



“Medicina” xəbər verir ki, həkim – nutrisoloq İqor Strokovun sözlərinə görə, diabet xəstələri enerji içkiləri içməməlidir. Eləcə də gündə bir bankadan çox içməməlisiniz. Ürəyinizdə problem varsa, mütləq əllərinizi içkidən uzaq tutmalısınız. Bu içkilərdən çox istifadə ürəyini ritmini pozma ehtimalını artırır.



“Enerji içkisi içdikdən təxminən 40dəqiqə sonra bütün kofein orqanizm sisteminə yayılacaq. Şəkər xoşbəxtlik hormonu olan dopamini ifraz edir. Ancaq təxminən bir saatdan sonra sehrli təsir bitəcək.


Qandakı kofeinin yarısı yalnız beş-altı saatdan sonra xaric olur. Təxminən 12 saatdan sonra hər şey tükənir. Ancaq bunlar yalnız təxmini göstəricilərdir. Həm də yaş və cinsdən asılıdır.

Həmçinin bir qutu enerji içkisinin tərkibində uşağı zəhərləmək üçün kifayət qədər kofein var. Eləcə də enerji içkiləri tam sağlam yeniyetmələrdə ciddi ürək problemlərinə səbəb ola bilər.

Enerji içkilərinin insan orqanizminə digər zərərləri:

Yuxusuzluq. Kofein yuxunu qaçırır. Enerji içkilərində isə kofein şəkərlə də birləşdirilir ki, bu da uzunmüddətli yuxusuzluğa səbəb ola bilər.

Baş ağrısı. Bədəndəki kofein səviyyəsində dəyişiklik baş ağrısına səbəb ola bilər.

Ürək çatışmazlığı. Həddindən artıq kofein ilə ürəyə yük artır, daha intensiv şəkildə vurmağa başlayır. Çox içildikdə ürəyin dayanmasına səbəb ola bilər. Enerji içkiləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün kontrendikedir.

Narahatlıq pozğunluqları. Enerji içkiləri kimi yüksək dozada kofeinli içkilər panik atak və narahatlıq pozğunluğu riskinə səbəb ola bilər.

İkinci tip şəkərli diabet. Kofeinli içkilərin yüksək şəkər tərkibi müvəqqəti enerji sıçrayışlarına səbəb olur, uzunmüddətli istifadə 2-ci tip diabet riskini artıra bilər.


Günay Quluzadə