ABŞ və Çin alimləri orqanizmi vaxtından əvvəl qocalmadan qorumaq üçün bitki tərkibli qidalardan nə qədər yemək lazım olduğunu açıqlayıblar. Oxşar tədqiqatlar əvvəllər də aparılıb, lakin indi alimlərin fərziyyələri real təcrübələrlə təsdiqlənib.
“Medicina” xəbər verir ki, London Universitet Kollecinin işçilərinin fərziyyəsinin əksinə olaraq, orqanizmə ən böyük fayda gündə 7 yox, 5 pors meyvə və tərəvəz yeməklə gəlir. Bu qənaətə Çin və ABŞ-ın Harvard Xalq Sağlamlığı Məktəbinin alimləri gəlib.
Onlar dünyanın çox ölkəsindən ümumilikdə 800 000-dən çox könüllünün iştirak etdiyi 16 araşdırmanın məlumatlarını təhlil ediblər, onlardan 56 min nəfər təcrübə dövründə dünyasını dəyişib.
Nəticələr göstərib ki, ürək-damar xəstəliklərinin (qeyri-cinayət ölümlərinin əsas səbəbi) qarşısının alınması üçün gündə 5 dəfə 77 qram tərəvəz və 80 qram meyvə istehlak etmək kifayətdir. Bu qədər pors infarkt və insult riskini 5% azaltmağa kömək edəcək.
Çox meyvə-tərəvəz yeməyin faydası yoxdur, çünki insan orqanizmi yalnız məhdud miqdarda qida qəbul edib həzm edə bilər.
Aynurə Məmmədova