Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə nə qədər limon yemək lazımdır? - Kimlərə olmaz?

  • 2021.02.26 15:31
  • 4531 Baxış
Gündə nə qədər limon yemək lazımdır?  - Kimlərə olmaz?


Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var.
Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir.

Medicina.az gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir.

Limonun 4 əsas təsiri:

- Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir
- Toksinləri çıxarır
- Bakterisid və iltihab əleyhinə təsir edir
- Qanı duruldur

Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır.
Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır.

Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz.
Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir.

Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz.

Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır.

Kimlərə olmaz:

- 3 yaşa kimi uşaqlara
- Mədə xorası. qanayan yarası olanlara
- Mədəaltı vəz xəstəliyində
- Hamiləlikdə