Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə iki meyvə, üç tərəvəz - Ömrü uzadır

  • 2021.03.02 16:22
  • 1661 Baxış
Gündə iki meyvə, üç tərəvəz -  Ömrü uzadır
Fransız mütəxəssislərinin araşdırmasına görə, gündə 2 pors meyvə və 3 pors tərəvəz yemək ömrü uzadır.

Medicina.az xəbər verir ki, 30 ilə yaxın 100 mindən çox insan üzərində aparılan araşdırmaya görə, gündə 5 pors tərəvəz və meyvə yemək ömrü uzadır. İnsan ömrünü uzadan ən yaxşı tərəvəz və meyvələri açıqlayan Amerika Ürək Mərkəzi bunları “İspanaq, kahı və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər, beta-karoten baxımından zəngin meyvələr” olaraq sıralılayıb.

ABŞ-da aparılan başqa bir araşdırmada da bu təsdiqlənib. Belə k, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya və Afrikadakı 26 fərqli ölkədən olan 100 mindən çox insanın statistikası araşdırılıb. Araşdırma nəticələrinə görə, gündə iki pors meyvə və üç pors tərəvəz yeyənlər digərilərinə görə 13 faiz daha uzun yaşayır. Bundan başqa ürək və infarkt olmaqla bir sıra xəstəliklərin qarşısını alıır. Xərçəng riskini 10 faiz, tənəffüs yolu xəstəliklərini isə 35 faiz azaldır.
Araşdırmada həmçinin qeyd edilir ki, gündə 5 porsdan daha çox meyvə və tərəvəz yeməyin heç bir faydası yoxdur.