Avstraliya və Daniya alimləri gündəlik yürüşlə xərçəng arasında əlaqəni təhlil ediblər.
"Medicina" xəbər verir ki, gündəlik 30 dəqiqə yüksək tempdə 30 dəqiqə açıq havada gəzinti demensiya və xərçəng riskini 20% azaldır.
Alimlər gündə 10 min addımın sağlamlığa faydasını inkar etmir, amma ölüm riskini azaltmaq üçün sürət də vacibdir.
Avstraliya alimləri bildirir ki, addım sayından çox, gəzintinin itiliyi, sürəti vacibdir.
Yaxşı olar ki, az addım atılsın, amma temp sürətli olsun.
Onlar 2013-2015-ci illəri əhatə edən 78 min insanın üzərində monitorinq aparıb.
Müəyyən edilib ki, adi, asta tempdə 8-9 min addım demensiya riskini 2 dəfə azaldır.
Amma iştirakçılar tempi artırıb, qısa müddətdə 6,5 min addım atdıqda xəstəliklər riski 57% azalır.
Hər 2 min addım ölüm riskini 10% endirir.
Eləcə də xərçəngin profilaktikası üçün gündə 30 dəqiqə parkda, yaşıllıqda, dəniz kənarında iti addımlarla gəzmək lazımdır.
Aygün Musayeva