ABŞ prezidenti Donald Tramp koronavirusdan qorunmaq üçün özünün profilaktika məqsədilə qəbul etdiyi dərmanı açıq-aşkar hamıya tövsiyə etməsi virusoloqların etirazına səbəb olub.
Medicina.az xəbər verir ki, Tramp bir neçə dəfə malyariyaya qarşı olan hidroksixloroxin adlı dərmanın profilaktika məqsədilə gündə 1 tablet qəbulu barəsində danışıb.O, özünün də bu dərmanı qəbul etdiyini deyib və bu çıxışlardan sonra insanlar bu dərmana hücuma keçərək, lazım oldu olmadı qəbul etməyə başlayıb.
Virusoloqlar prezidentin konkret dərman adı çəkməsinə qarşı çıxıb.
Hidroksixloroxin kifayət qədər toksiki ağır dərmandır, eyni zamanda onun yaxın qohumu mefloxin dərmanı. Son tədqiqatlar göstərib ki, bu dərman hətta malyariya əleyhinə də zəifdir və insana əks təsirləri çoxdur. Dərman qaraciyəri yükləyib, zəhərləyə bilər. Eləcə də sinir sistemini sıradan çıxarır.
Xatırladaq ki, Tramp hər gün koronavirus testindən keçir və hər gün bir tablet hidroksixloroxin qəbul edir. Bunun nə dərəcədə doğru və effektiv olması barədə Ağ ev həkimləri susur.