Gündə 9,5 saat oturmaq erkən ölüm riski daşıyır. Bu qənaətə Norveçdə aparılan araşdırmadan sonra gəlinib.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, təhqiqat 36 min insanın üzərində, 5 il müddətində aparılıb.
Oslodakı idman məktəbində aparılan araşdırmaya ABŞ və Qərbi Avropadan 40-dan çox yaşı olanlar qatılıb.
Bildirilib ki, fiziki aktivliyi olamayan insanlarda erkən ölüm riski daha yüksəkdir. Təhqiqatın başladığı vaxtdan bitənə kimi, 5 il müddətində 2 min 149 iştirakçı həyatını itirib.