Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 9-10 saat işləyənlərdə beyin insultг baş verə bilər- ALİMLƏRDƏN XƏBƏRDARLIQ

  • 2019.06.22 16:22
  • 7266 Baxış
Gündə 9-10 saat işləyənlərdə beyin insultг baş verə bilər-  ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Paris hospitalının alimləri 2012-ci ildən bəri davam edən tədqiqatlarına yekun vuraraq, bu nəticəyə gəliblər ki, işdə 9-10 və daha çox saat sərf edib çalışan insanlarda yaxın 7 ildə insult və veyin qanaması riski çox olur.


Medicina.az xəbər verir ki, eksperimentdə 143 min nəfər fransızın iş qrafiki və səhhət analizləri araşdırılıb. 

Onlardan 42,5 min nəfəri qeyd edib ki, iş yerində 10 saat vaxt keçirir.  Onların yarısı il ərzində 50 iş günü müddətində 10 saat və daha artıq işləyib. Hər 10 nəfərdən 2 –si etiraf edib ki, bu rejimlə 10 ildən artıqdır çalışırlar.


Eskperimentdən keçən 7  il ərzində könüllü iştirakçılardan 1224 nəfərində insult baş verib. Hesablamalar göstərib ki, onların 80% iş yerində normadan artıq qalanlardır. 


Əgər bir işçi 10 il ərzində 10 saat işləyibsə, insult olmaq riski 45% artır. 


Qəribəsi odur ki, bu hal daha gənc insanlarda baş verir, nəinki 50 yaşlılarda. Ona görə alimlər həm işçilərə, həm rəhbərlərə 8 saatdan artıq iş rejiminin olmamasına diqqət etməyə və işdən vaxtından ayrılmağa çağırış edib.