Dietoloqlar sağlam qida mənbəyi olan şabalıdın faydaları ilə bağlı verdiyi açıqlamada, şabalıdın tez yorulan və halsızlaşan zəif insanlar üçün enerji deposu olduğunu bildirib.
Medicina.az xəbər veriir ki. şabalıdın tərkibində keyfiyyətli həzm olunan lifli, az yağlı maddələr, xüsusilə nişasta, şəkər və müxtəlif mineral maddələr var.
Təsəvvür edin ki, 3 şabalıd 1 dilim çörəyi əvəz etdiyi üçün porsiyaya nəzarət edilmədikdə çəki artımına səbəb ola bilər.
Şabalıdın tərkibində sadə karbohidratlardan daha yavaş sorulan mürəkkəb karbohidratlar var. 15 qram qaynadılmış şabalıd 25 kalori ehtiva edir.
Axşam qəlyanaltı olaraq 5-6 şabalıd yeyiləcəksə, çörək, şorba, düyü kimi karbohidratlı qidaları məhdudlaşdırmaq olar.
B1 və B2 vitaminləri ilə zəngin olan şabalıd buğda allergiyası, qlütenə qarşı həssas olanlara və çölyak xəstələri üçün keyfiyyətli qida mənbəyidir.
Sakitləşdirici xüsusiyyətə malik olan şabalıd depressiya və stressə də yaxşı gəlir.
Erkən qocalmanın qarşısını alan və bədəndəki toksinlərin asanlıqla atılmasını təmin edən şabalıd bağırsağın dostudur.
Tərkibindəki yüksək kalium olduğu üçün kalium çatışmazlığı olanlara tövsiyə edilən şabalıd qan təzyiqini tənzimləyərək qan dövranını da sürətləndirir.
Çox yedikdə köp, ishal və ya qəbizlik kimi bəzi həzm sistemi problemlərinə səbəb ola biləcəyi xəbərdarlıq edilir.
Xüsusilə pəhriz saxlayan və qaraciyəri yağlananlar şabalıddan çox ehtiyatla istifadə etməlidirlər. Şəkərli diabet və təzyiq xəstələri də həddindən artıq şabalıd yeməkdən çəkinməlidirlər. /aztibb.az/