Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir.
Medicina.az xəbər verir ki, bəzi həkimlərin fikrincə, bu fakt yalnız qara çaya aiddir.
Gündə 10 stəkan şəkərli çay içənlər ildə bir kilo kökəlir. Orqanizmdə insulin balansı pozulan insanlarda isə bu rəqəm 3 qat artıq olur. Mütəxəsislər çayı üzüm qurusu ilə içməyi tövsiyə edir. Gündə 10 stəkan çay içən adam 200 kalori qəbul etmiş olur. Saadəcə çaydan gələn şəkər miqdarı sürətlə kökəlməyimizə təkan verir.
Gün ərzində həddən çox çay içdikdə sinir pozulmasına, qəbizliyə, yüksək təzyiqə, baş ağrılarına, sıxıntı və yuxusuzluğa səbəb olur. Çay revmatizm xəstəliyi olanlar üçün zərərlidir. Çayda oksalat turşusu çoxdur. Bu səbəbdən də böyrəyində qum və daş olanlar üçün məsləhət deyil. Yüksək təzyiqi, qaraciyərində problemi olanlar az çay içməlidir. Çaya şəkər əlavə edərək, istifadəsi də ürək-damar xəstəliklərinə, kökəlməyə yol açır.
Ona görə də İstifadə etdiyiniz şəkərin də miqdarını azaltmalısınız. Çay dəmləyərkən azca darçın atın. Çalışın çayı açıq rəngdə için. Gündə 4 stəkandan çox çay içmək ziyandır. Səhhətinizdə başqa hər hansı problem yoxdursa, gündə 4-5 stəkan çay içmək normaldır.
Çayı heç nəsiz içə bilməyənlərə üzüm qurusu məsləhət görülür. Bir stəkan çayı iki gilə üzüm qurusu ilə içə bilərsiniz. Bu zaman daha sağlam qidalnama olacaq. Araşdırmaçılar şəkəri "boş enerji qaynağı” hesab edir.