Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 3 şaftalı – Hansı xərçəngdə faydalıdır?

  • 2024.01.11 19:47
  • 1384 Baxış
Gündə 3 şaftalı – Hansı xərçəngdə faydalıdır?

Gündə 3 ədəd şaftalı yemək süd vəzi xərçəngini müalicə edə bilər.


“Medicina” xəbər verir ki, bu barədə ABŞ alimləri elmi araşdırma aparıb. Onlar bildirib ki, şaftalıda xəstəliyin yayılmasının qarşısını alan maddələr var.

Texas Agrilife şirkətinin alimləri siçanlar üzərində təcrübədə müəyyən ediblər ki, adi şaftalı süd vəzi xərçənginin qarşısını alır.

Bunun üçün siçanların dəri altına ən aqressiv süd vəzi xərçəngi MBA 435 implant olunub.

Müəyyən olunub ki, bir neçə həftədən sonra xəstəliyin inkişafı dayanıb.


Alimlərin fikrincə, metastazların qarşısını almaq üçün gündə cəmi 3 şaftalı yemək kifayətdir. Bu, süd vəzi xərçənginə qarşı dərmanların bəlkə də ən yaxşısı ola bilər.

Bu nəticələr göstərir ki, şaftalı həm artıq xəstələr, həm də süd vəzi xərçənginin profilaktikası üçün ən yaxşı vasitədir. Şaftalıda olan komponentlər metastazlarla mübarizə aparır.

Sınaqların insanlar üzərində aparılması da gözlənilir.

Aygün Musayeva