İnfarkt keçirdiyi üçün 20 dəqiqə ürəyi dayanan şəxs yenidən həyata qayıdıb.
Medicina.az xəbər verir ki, türkiyəli Yılmaz Uygun adlı şəxs avtomobildə işə gedərkən özünü pis hiss edib. Bunun ardınca huşunu itirən Yılmazı iş yoldaşları xəstəxanaya çatdırıb. 50 yaşlı şəxsin ürəyi dayandığı üçün ona təcili ürək masajı edilib. Lakin ilk 20 dəqiqə onu həyata döndərmək mümkün olmayıb.
İnfarkt keçirən şəxsi 20 dəqiqədən sonra həkimlər həyata qaytarıb. Yılmaz bildirib ki, hər gün 3 paket siqaret çəkirmiş. Ürəyi dayandıqdan sonra yenidən sağlığına qovuşanda o siqaret çəkməməyə qərar verib. İndi o həyata yenidən gəlmiş kimi hiss etdiyini və daha rahat nəfəs aldığını bildirib.