Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır - ARAŞDIRMA

  • 2019.12.13 13:31
  • 3379 Baxış
Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır -  ARAŞDIRMA
Gündə 3-4 fincan qəhvə içmək sağlamlıq üçün faydalıdır.

Medicina.az xəbər verir ki, bu haqda Britaniya Tibb Jurnalı nəşrində dərc olunmuş yazıda bildirilib. Aparılan tədqiqatların nəticəsində məlum olub ki, qeyd edilən miqdarda gündəlik qəhvə içmək ciyər xəstəlikləri və infarktın, eləcə də xərçəngin bəzi növlərinin yaranması riskini azaldır.


Araşdırmada eyni zamanda qeyd olunur ki, hamilələlik dövründə çox qəhvə içmək ziyanlı ola bilər. Ekspertlər bildirir ki, kofeni dərman əvəzinə xəstəliyin qarşısnı almaq üçün qəbul etmək də məsləhət deyil.

Southampton Universitetinin əməkdaşları qəhvənin insan orqanizminə təsirini tədqiq edən 200-dən çox elmi araşdırmanın nəticələrini nəzərdən keçirərək yuxarıda qeyd olunmuş müəyyən nəticələrə gəlib.

Qeyd olunub ki, qəhvə içməyənlərlə müqayisədə gündə 3 fincan içənlərdə ürək xəstəliyinin yaranması və ya bu növ xəstəliklərdən ölmə riski azalır. Qəhvə içməyin ən böyük xeyri isə ciyər xərçəngi riskinin azaldılması hesab olunub.

Eyni zamanda professor Paul Roderick qəhvənin sağlamlığa təsiri təhlil edilərkən qeyd edib ki, insanın yaşı, siqaret çəkib-çəkməməsi, idmanla məşğul olması kimi amillər də nəzərə alınmalıdır. .


Qəhvə az içilərsə, sağlamlıq üçün daha faydalıdır. Alimlər həmçinin, qəhvəni çox miqdarda şəkər, süd və ya qaymaq və eləcə də müxtəlif növ yağlı qəlyanaltılar qəbul etməmişdən öncə içməyi məsləhət görür.

Professon Elise.G qeyd edib ki, çox miqdarda qəhvə içməyin orqanizmə necə təsir göstərməsinə hələlik tam aydın deyil.