Ramazan ayında istifadə edilən əsas qidalardan biri xurmadır.
Medicina.az xəbər verir ki, mütəxəssislər xurmanı yalnız Ramazan ayında deyil, ilin hər fəslində yeməyi tövsiyə edir. Amma bu xurma 3-4 ədəddən çox yeyilməməlidir.
Bəs gündə 3 xurma yeyilərsə orqanizmdə nə baş verər?
Tərkibindəki yüksək lif, mədədə uzunmüddət qalaraq həzm sisteminin yavaş fəaliyyət göstərməsini təmin edir. Beləliklə toxluq hissi yaradır.
Dəmir əksikliyi olan insanlar daha gec arıqlayırlar. Xurmanın tərkibində isə yüksək miqdarda dəmir mövcuddur. Bu da maddələr mübadiləsini tənzimləyir. Ancaq unudulmamalıdır ki 1 ədəd xurma 20 kaloridir. Bu səbəbdən arıqlamaq istəyən insanlar çox yeməməlidir.
Ürək sağlamlığını qoruyur – Tərkibindəki potasium qan təzyiqini tənzimləyir. Ürək ritmini tezləşdirir.
Vücudu zərərli mikroblardan qoruyaraq damar tıxanıqlıqları riskini azaldır.
Stress və gərginliyi azaldır – Tərkibində olan B6 vitamini sinir sistemini gücləndirir.
Xurma şəkərli diabet xəstələrində qan şəkərini sürətlə yüksəldib, eyni sürətlə düşməsinə səbəb olur. Bu səbəblə gündə 3 ədəddən artığı tövsiyə edilmir.