Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 2 saat planşetə baxan uşaqlarda bu pozulmalar olur – ALİMLƏR

  • 2019.04.19 20:15
  • 21026 Baxış
Gündə 2 saat planşetə baxan uşaqlarda bu pozulmalar olur –  ALİMLƏR
Kanadalı alimlər belə nəticəyə gəlib ki, gün ərzində ard-arda 2 saat planşet, telefon və ya komputerə baxan uşaqda diqqət əskikliyi sindromu və hiperaktivlik yaranır.


Medicina.az xəbər verir ki, alimlər 2400 ailəni əhatə edən tədqiqat aparıblar. 


Məlum olub ki, hər gün 2 saat telefon və planşetə baxan uşaqlarda hər gün 1 saat qadjetə baxan uşaqlardan fərqli olaraq hiperaktivlik 7 dəfə çox inkişaf edib.


Diqqətini tapşırığa yönəltmək isə 5 dəfə azalıb.


Alimlər bildirir ki, qadjet qarşısında keçən hər dəqiqə uşağın beyninə hətta stress və validyenlər arasındakı münasibətdən də çox təsir edir. 

Gündə 2-3 saat telefona baxan 3-5 yaşlı uşaqlarda yuxu keyfiyyəti azalır, fiziki aktivlik aşağı düşür, diqqət dağılır. Eləcə də onun psixikası, beyin inkişafı və gözlərinə gələcəkdə böyük problem yaradır.


Alimlər tövsiyyə edir ki, 2 yaşına kimi uşaqlar qətiyyən qadjetə baxmamalıdır. 2-5 yaşında uşaqlar isə gündə 30 dəqiqəqən artıq istifadə etməməlidir. 30 dəqiqə isə  fasilələrlə nəzərdə tutulur.