Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 2 litr su içmək təzyiqi qaldıra bilər - Həkim

  • 2022.04.08 16:36
  • 3532 Baxış
Gündə 2 litr su içmək təzyiqi qaldıra bilər   - Həkim


Dietoloq gündə 2 litr su içməyin faydalı olması barədə fikrin yanlış olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, tibb elmləri namizədi, həkim dietoloq İnna Kononenko bəzi şəxslərə və xəstələrə hər gün 2 litr su içməyin zərərli ola biləcəyini açıqlayıb.

Sutkalıq su tələbatı bir kiloqram çəkiyə 30-40 millilitrdir. Bununla yanaşı maye çay, şorba, meyvə-tərəvəzlə də bədənə daxil olur.
Ona görə də bunları nəzərə almadan, bir sutkada 2 litr, hər dəfə 300-400 ml su içmək arterial təzyiqi yüksəldə bilər.

Xüsusən diabet, təzyiq, hormonal problemləri olan xəstələrə bu qədər su olmaz.

Sutkada 500 ml su optimal variantdır.

Orqanizmdə artıq maye dövr edən qanın miqdarını artırır, bu zaman damarlar bu qanı qovmaq üçün gücləndirilmiş rejimə keçir, çox xəstələrdə vaxtında genişlənə bilmir. Bu da ürək-damar sisteminə zərərdir.

Aygün Musayeva
BakuPost