Meksikada bir ştatda yerli sakinlərin hər biri gündə mütləq 2 litr cola icir.
Bu ümumilikdə Meksikada içilən koladan 5 dəfə çoxdur. Meksika bu içkini qəbul etmək üzrə dünyada liderdir.
"Medicina" xəbər verir ki, bu meksikan ştatı şəkərli diabet üzrə və bu səbəbdən ürəkdən ölüm üzrə rekord vurur.
2 litr kola 200 qram və ya 50 çay qaşığı şəkər deməkdir.
Təsəvvür edin gündə minimum 5 qaşıq şəkər qəbul etməli olan insan hər gün 50 qaşıq şəkər yeyir.
Fruktozalı içki qaraciyər üçün alkoqola bərabərdir, yəni orqan onları fərqləndirmir. Hər ikisi eyni toksiki təsir edir.
Eyni zamanda qlükoza boş karbohidratdır, o orqanizmdə maqniy, kaliy, C, B, kalsiumu tükədir.
Kaliy çatışmayanda nəbz artır, ritm pozulur, insan zəifləyir.
Kaliy çatmayanda təzyiq qalxır, qəbizlik olur, aşağı ətrafların, əllərin uyuşması baş verir.
Kolada ortofosfor turşusu var, o, bakteriya əleyhinə təsir edir. İshal zamanı kola ona görə təsirlidir. Amma bu turşu diş və sümükləri yuyur, deşir.
Bu içkidə olan karamel rəngləyici çoxlu xroniki, degenerativ xəstəliklər yaradır, qocalmanı sürətləndirir.
Aygün Musayeva