Statistikaya görə, seks zamanı zərif cinsin nümayəndələrinin 40%-ə qədəri orqazmı simulyasiya edir, çünki onlar cinsi həzz almaqda problem yaşayırlar.
44 yaşlı Kim Ramsay isə davamlı cinsi həyəcan sindromundan (PGAD) əziyyət çəkir.
O, gündə 100 dəfə orqazm olur. Şəxsi həyatı isə yoxdur.
“Medicina” xəbər verir ki, çanaq sümüklərinin hər hansı bir hərəkəti çoxsaylı orqazma səbəb ola bilər.
Qadın daim həyəcan içində olur. Məsələn, yoldan keçən avtomobilin səs-küyündən, qatarların yanından keçəndə, qışqırıq və hətta it hürməsindən.
Qadın kişilərlə normal münasibət yarada bilmir, mütəmadi olaraq ağrı və yorğunluq hissi ilə yaşayır.
Təəssüf ki, PGAD-ın müalicəsi yoxdur. Həkimlər hesab edirlər ki, xəstəliyin səbəbi i 2001-ci ildə Kimin pilləkənlərdən yıxılması ola bilər. Nəticədə onurğada- qadın orqazmının yarandığı yerdə kistanın yaranmasına səbəb olub.
Sindromun adına baxmayaraq, cinsi istəklə birbaşa əlaqəli deyil. Sadəcə, cinsiyyət orqanlarına daimi təzyiq onların həssaslığını artırır. Həkimlər dünyada nə qədər qadının PGAD qurbanı olduğunu dəqiq deyə bilmirlər.
Günay Quluzadə