Britaniya sakini 48 yaşlı Niki Devis gündə ən azı 100 dəfə əsnəməkdən şikayət edib.
“Medicina” xəbər verir ki, qadın bu qəribə simptomların kovidə yoluxub sağaldıqdan sonra yarandığını deyb.
Əvvəlcə terapevtə müraciət edən qadına obstruktiv apnoe ehtimalı ilə müalicə yazılıb.
Daha sonra allergiya diaqnozu qoyulub.
1 il qadına həkimlər diaqnoz qoya bilmir.
Nəhayət ki, məsələyə nevroloqlar qarışıb və xəstəyə hərəki neyronun xəstəliyi, neyrodegenerativ diaqnoz qoyulub.
Belə ki, baş beyin və onurğa beynində olan bu xəstəlik yumşaq toxumaları zəiflədir.
Xəstəliyin müalicəsi yoxdur. Xəstəlik irəlilədikcə, xəstənin ayaq, əl əzələləri də zədələnir və udma, danışma çətinliyi yaranır. Devis də belə oldu.
İndi qadın əl-ayaq ağrılarından da şikayətlənir.
Üz əzələsinin zəifləməsi səbəbindən o yaxşı danışa da bilmir.
Amma Devis xəstəliyə boyun əymir və daha pozitiv olmağa çalışır.
Aygün