Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 1 saat sosial şəbəkələrdən imtina depressiyanı azaldır

  • 2022.09.09 16:22
  • 1748 Baxış
Gündə 1 saat sosial şəbəkələrdən imtina  depressiyanı azaldır

Bohum universitetinin alimləri sosial şəbəkələrdə keçirilən vaxtın azaldılmasının psixi sağlamlığa təsir etdiyini açıqlayıb.


"Medicina" xəbər verir ki, alimlər 642 nəfəri 4 qrupa bölərək 4 həftə onların üzərində müşahidə aparıblar.

Birinci qrup sosial şəbəkələrdə oturma vaxtını gündə yarım saat azaldıblar.

İkinci qrup gündə 30 dəqiqə fiziki aktivliyi artırıblar.

Üçüncü qrup həm internetdə olma müddətini azaldıb, həm də gəzintiyə çıxıb.

Dördüncü qrupa heç bir tapşırıq verilməyib və onlar istədikləri qədər sosial şəbəkələrdə olublar.

Nəticələr göstərib ki, 4 həftə sonra özünü daha çox 3-cü qrup yaxşı hiss edib.

Onlarda depressiya simptomları azalıb, həyatdan razılıq hissi artıb, əhvalları yaxşılaşıb.

Hətta effekt yarım il qorunub saxlanılıb.

Digər qruplarda isə depressiya qalıb.

Bundan öncə də alimlər depressiya və nevrozun müalicəsi üçün sosial şəbəkələrdən azı 1 həftə imtinanın yüksək effekt verdiyini demişdilər.

Aygün Musayeva