Müğənni Günel Ələkbərovanın səhhətində ciddi problem yaranıb.
Medicina.az xəbər verir ki, ifaçı günü-gündən vəziyyətinin ağırlaşdığını bildirib və təcili yardım əməkdaşlarını tənqid edib. Ailə üzvləri ilə birlikdə yaşayan Günel bu vəziyyətdə həkimə də gedə bilmədiyini deyib:
“Yaxma analizi vermişəm, artıq 3 gündür ki, özümü çox pis hiss edirəm. Baxmayaraq ki, ev şəraitində sistemlər vurulur, müalicə gedir, amma hiss edirəm ki, vəziyyətim pisdir. Hələ də, yaxmamın cavabı gəlməyib, bilmirəm mən COVID-19-a yoluxmuşam, ya yox? Ailə üzvlərimə görə narahatam, əgər bu xəstəlik varsa, yaxınlarımı yoluxdura bilərəm.
Təcili yardım gəlməlidir, nəzarət etməlidir xəstəyə. Əgər virusa yoluxmuşamsa, yolda, liftdə insanları yoluxduracam, sonra da deyirlər, yoluxma artır. Ölkəmizdə səhiyyə çox bərbad bir vəziyyətdədir, əgər təcili tibbi yardım işçiləri xəstəyə zamanında gəlib müdaxilə etsəydilər, yoluxma sayı bu qədər artmazdı. Mənim evdə qızım var, əgər yoluxmuşamsa, gedib başqa yerdə özümü izolyasiya edim. İnsanların həyatı ilə oynamasınlar. Vaxtında ciddi yanaşsaydılar, bu qədər insan dünyasını dəyişməzdi.
Bunun tək günahkarı Səhiyyə Nazirliyidir, TƏBİB-in əməkdaşlarıdır. İnsan həyatı yəni bu qədər ucuzdur? Hazırda insanların evlərinə çörək belə almağa pulları yoxdur, nazirlik xəstələri ödənişsiz müalicə etməlidir. Kasıb insan deyil? Onun yaşamağa haqqı yoxdur?”
Koronoya yoluxmamaq üçün burunun daxilini spirt və limon suyu 50:50 nisbəti qarışığı ilə səhər və axşam silməyi tövsiyə edirəm. 100% qorunma.