Milli Böhran Mərkəzinin bu gün növbəti gündəlik mətbuat konfransında həmçinin ölənlərin ümumi sayının 3 019 nəfərə çatdığı da bildirilib. Son 24 saatda COVID-19 vurusuna yoluxan 462 nəfər xəstəxanalara yerləşdirilib, 404 nəfər isə xəstəxanalardan buraxılıb. Xəstəxanalarda koronavirus diaqnozu ilə yatan 5 610 xəstənin 1 278 nəfəri intensiv terapiya bölmələrində müalicə olunur.
Həmçinin son 24 saat ərzində ölkədə koronavirusa daha 1 684 nəfər yoluxub. Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 26 667 nəfərə çatıb.